“Mançester Siti” qələbə qazanıb

20 Yanvar 2021 23:59 (UTC+04:00)

İngiltərə Premyer Liqasında bir oyun keçirilib.

AzNews.az-ın məlumatına görə, XVIII turun qarşılaşması Mançesterdə baş tutub.

“Mançester Siti” öz meydanında “Aston Villa”nı qəbul edib. Görüşün taleyi ikinci hissədə həll olunub.

Bernardo Silva və İlkay Gündoğanın qolları mançesterlilərə üç xal qazandırıb. Bu qələbə Pep Qvardiolanın yetirmələrinin liderliyə yüksəlməsi üçün yetərli olub.

İngiltərə Premyer Liqası
XVIII tur
“Mançester Siti” – “Aston Villa” – 2:0
Silva, 79, Gündoğan, 90 (pen.)