ABŞ ÜST-ə qayıdır

21 Yanvar 2021 08:46 (UTC+04:00)

ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə münasibətləri bərpa edir.

AzNews.az xəbər verir ki, ABŞ Prezidenti Co Bayden bununla bağlı fərman imzalayıb.

Xatırladaq ki, eks-prezident Donald Tramp ötən il ÜST-ü tələb olunan islahatları həyata keçirməməkdə və koronavirus epidemiyasının miqyasını Çinin maraqları çərçivəsində gizlətməkdə günahlandırıraraq təşkilata maliyyə ayrılmasına son vermişdi.