Şabranda qanunsuz ov edən şəxslər saxlanıldı

21 Yanvar 2021 10:54 (UTC+04:00)

Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan AzNews.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.