Xədicə İsmayıla 220 saatlıq icbari əmək - HÖKM

10 İyun 2013 17:12 (UTC+04:00)
"Azadlıq" radiosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayıl 220 saatlıq icbari əməyə cəlb edilib.

Bu barədə jurnalistin özü "Facebook" sosial şəbıkısində məlumat verib. Qərarı Binəqədi rayon məhkəməsi çıxarıb.

Qeyd edək ki, X.İsmayıl yanvar 26-da Bakıda keçirilən "İsmayıllıya dəstək aksiyasında" iştirak etdiyinə görə 400 manat cərimə edilib.O, cəriməni ödəməkdən imtina edib. Binəqədi rayon məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə Xədicə İsmayıl barəsində 220 saatlıq icbari əməklə məşğul olmaq barədə qərar qəbul edilib.

AzNews.az