Vilayət Eyvazov əmr imzalayıb

21 Yanvar 2021 12:10 (UTC+04:00)

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

AzNews.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov vəzifəsindən azad edilib.

R.Zalov sərəncama göndərilib.