Sabahdan Azərbaycanda ov mövsümü açılır

21 Yanvar 2021 14:17 (UTC+04:00)

Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında ov mövsümünün açıq elan edilməsinə qərar verilib.

AzNews.az xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda Şura üzvlərinin yekdil fikri ilə ov mövsümünün 22 yanvar 2021-ci il tarixindən etibarən açılması qərara alınıb.