Vasif Talıbovdan yeni təyinat

21 Yanvar 2021 18:07 (UTC+04:00)

Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyin edilib.

AzNews.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Fizzə Qulu qızı Quliyeva təyinat alıb.

Qeyd edək ki, F.Quliyeva AMEA-nın Naxçıvan bölməsinin Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri olub.