Nazir sabahkı brifinqin anonsunu etdi: "Çox vacib gündür"

21 Yanvar 2021 18:11 (UTC+04:00)

"Sabah çox vacib gündür. Azərbaycanın ümumtəhsil məktəblərində təhsilin bərpası müzakirə ediləcək. Təhsil Nazirliyinin brifinqi sabah saat 12:00-a planlaşdırılır".

AzNews.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev bu fikiləri Təhsil Nazirliyi yanında İctimai Şura və "Azedu Academy”nin birgə təşəbbüsü ilə "XXI əsrin universitet modeli” mövzusunda virtual müzakirədə çıxışı zamanı bildirib.