KİVDF Naxçıvanda da ləğv edildi - SƏRƏNCAM

21 Yanvar 2021 18:52 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

AzNews.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 21-də bununla bağlı fərman imzalayıb.

Fərmanla “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” və "Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının tərkibi” təsdiq edilib.