Şimali Kiprdə zəlzələ oldu

21 Yanvar 2021 21:56 (UTC+04:00)

Şimali Kipr Türk Respublikasının (KKTC) Qazimağusa şəhərində 5 bal gücündə zəlzələ qeydə alınıb.

AzNews.az Türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ saat 17:27-də 55 kilometr dərinlikdə baş verib. Təkanlar Hatay və Mersində də hiss edilib.