Kəramət Afətə yox dedi

22 Yanvar 2021 00:22 (UTC+04:00)

“Cəmiyyətin qarşısına müğənni kimi çıxmağım yaxşı bir işim, fəaliyyətim varsa, onların üstündən xətt çəkər”

AzNews.az bildirir ki, bir neçə gün öncə müğənni Afət Fərmanqızı “Sherg.az”a açıqlamasında yazıçı Kəramət Böyükçöllə duet oxumaq istədiyini söyləyib. O, tanınmış yazara olan rəğbətini dilə gətirərək deyib ki, səsi varsa, onunla duet mahnı ifa edə bilər.

Müğəninin sözləri sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Kimi buna ironiya ilə yanaşıb, kimi də onların uğurlu nəticə ortaya qoya biləcəklərini iddia edib. Biz də müğəninin təklifinə münasibət öyrənmək üçün K.Böyükçöllə əlaqə saxladıq. Yazıçı A.Fərmanqızına belə cavab verdi:

“Afət xanım haqqımda gözəl fikirlər bildirib, amma mən müğənni deyiləm ki... Düzdür, Azərbaycanda müğənni olmaq səsin yaxşılığından asılı deyil. Məsələn musiqi ilə, ritmlə ifa edirlər, səsə arxa planda qalır.

Buna baxmayaraq cəmiyyətin qarşısına müğənni kimi çıxmağım yaxşı bir işim, fəaliyyətim varsa, onların üstündən xətt çəkər. Bu məsələyə, mahnı oxumağa qeyri-ciddi baxıram.

Düşünürəm ki, Afət xanımın təklifi də zarafatdır. Mən də zarafat kimi qəbul elədim. Ciddi yanaşmaq olmaz”.