Şvartseneger peyvənd olundu

22 Yanvar 2021 09:15 (UTC+04:00)

Məşhur aktyor Arnold Şvartseneger Los-Ancelesdə koronavirusa qarşı peyvənd olunub.

Bu barədə Hollivud ulduzu “Twitter” hesabında yazıb.

73 yaşlı aktyor peyvənd məntəqəsinə çevrilmiş “Dodcers” stadionunda vaksinasiya olunub.

“Növbədə durmaqdan heç vaxt bu qədər şad olmamışdım. Əgər mümkündürsə, mənə qoşulun və vaksinasiya üçün qeydiyyata durun. Əgər yaşamaq istəyirsənsə, mənimlə gəl!”, - deyə A.Şvartseneger bildirib.

AzNews.az