Pərdə, plyonka və jalüzlərlə bağlı yenilik

22 Yanvar 2021 11:01 (UTC+04:00)

Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.

Dəyişikliyə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Layihə yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq. (report)

AzNews.az