Ali məktəblərin açılması barədə qərar veriləcək

22 Yanvar 2021 12:16 (UTC+04:00)

Bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri və ali təhsil müəssisələrində də qismən təshilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur: “Metronun açılması ilə bağlı qərar verilərsə, bu, 5-9-cu sinif şagirdlərinin təhsillərini məktəbdə davam etdirmələri üçün şərait yarada bilər”. (report)

AzNews.az