Koronavirusa yoluxmuş şagird və təhsil işçilərinin sayı AÇIQLANDI

22 Yanvar 2021 13:04 (UTC+04:00)

“İndiyədək virusa yoluxan şagirdlərin sayı 14758, təhsil işçilərinin sayı 7090 nəfərdir”.

AzNews.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

O bildirib ki, sentyabrdan indiyə qədər ibtidai siniflərdə 2246 şagird koronavirusa yoluxub. 5-9 siniflərdə 4411 nəfər, 10-11-ci siniflərdə isə 7525 nəfərdə koronavirus aşkarlanıb. Virus aşkarlanmış şagird məktəbdə olubsa, onun sinfi distant təhsilə keçib.