Zinəddin Zidan koronavirusa yoluxub

22 Yanvar 2021 16:32 (UTC+04:00)

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan koronavirusa yoluxub.

Fransalı mütəxəssisin testi müsbət nəticə verib.

Zidan qarşıdakı görüşlərdə komandaya rəhbərlik edə bilməyəcək.

Qeyd edək ki, “Real” yanvarın 23-də “Alaves”lə üz-üzə gələcək. (APA)

AzNews.az