Şahbaz Quliyevin anası vəfat etdi

22 Yanvar 2021 18:00 (UTC+04:00)

Ötən ilin dekabr ayında Ermənistanda girovluqdan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib.

AzNews.az bildirir ki, bu barədə Qafqazinfo-ya mərhumun oğlu İlham Quliyev məlumat verib.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.

Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.