“Sumqayıt” “Keşlə”ni məğlub etdi

22 Yanvar 2021 20:08 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.

AzNews.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.

Turun qapanış matçında “Keşlə” “Sumqayıt”ı qəbul edib. Əvvəlki turlarda “Neftçi” və “Səbail”ə uduzan “Keşlə”, Sumqayıt təmsilçisi ilə oyundan da məğlub ayrılıb.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Səbail”i 3:1, “Qarabağ” “Sabah”ı 2:1, “Zirə” “Qəbələ”ni 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
14-cü tur
22 yanvar

Keşlə – Sumqayıt 0:1
Qol: T.Mütəllimov, 3.
Qırmızı vərəqə: E.Mustafayev, 38.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov.
Bakı. “ASK Arena”. 16:00.