Qusar hüzn içindədir: İyirmi yaşlı şəhid balasını torpağa verdi

22 Yanvar 2021 21:14 (UTC+04:00)

Dünən Füzuli rayonu ərazisində minaya düşən Azərbaycan Ordusunun 20 yaşlı əsgəri Rəşad Fərzəli oğlu Cavadov bu gün doğulduğu Qusar rayonunun Hil kəndində dəfn edilib.

AzNews.az-ın Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata görə, şəhid əsgər 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılıb. O, bir il üç ay hərbi xidmətdə olub.

Rəşad Cavadov ailənin 6 övladından biri idi. Onun özündən başqa 4 qardaşı və 1 bacısı var.

Nur içində uyusun!