Masallıda əməliyyat: İki vəzifəli şəxs həbs olundu - SON DƏQİQƏ

22 Yanvar 2021 21:22 (UTC+04:00)

Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, "Bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək".