Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib

22 Yanvar 2021 22:10 (UTC+04:00)

Cəlilabadda ər həyat yoldaşını qətlə yetirib.

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qətl hadisəsi rayonun Uzuntəpə kəndində baş verib. Qədirağa Mirzəyev adlı şəxs həyat yoldaşı Yəmən Mirzəyevanı küt alətlə qətlə yetirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.

Qətli törətməkdə şübhəli bilinən Q. Mirzəyevin ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.