Pentaqona ilk dəfə afroamerikalı rəhbərlik edəcək

22 Yanvar 2021 22:26 (UTC+04:00)

ABŞ Senatı istefada olan general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

AzNews.az TASS-a istinadən xəbər verir ki, Pentaqona rəhbərlik edəcək ilk afroamerikalı olan Ostin tezliklə and içəcək.

Qeyd edək ki, Lloyd Ostin 2016-cı ildə ordudan istefa verərək təqaüdə çıxıb. ABŞ qanunlarına görə, hərbi xidmətdən ayrılmış şəxs həmin müddətdən azı 7 il ərzində Pentaqona rəhbərlik edə bilməz. Ostin üçün bu istisna Konqresin xüsusi qanun layihəsi qəbul etməsindən sonra mümkün olub. İndiyədək Konqres ABŞ tarixində Ostindən əvvəl belə bir istisnanı yalnız iki nəfərə - 1950-ci ildə Corc Marşalla və 2017-ci ildə Ceyms Mettisə edib.