Daha bir vəzifəli şəxs Salyanda həbs olundu - SON DƏQİQƏ

22 Yanvar 2021 22:36 (UTC+04:00)

Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışovun Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidməti AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.