Azad Rəhimovun komaya düşməsi xəbəri yayıldı

22 Yanvar 2021 22:49 (UTC+04:00)

Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb.

AzNews.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.