Britaniya şirkəti Qarabağda kəşfiyyat aparacaq

22 Yanvar 2021 23:49 (UTC+04:00)

Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti Qarabağda üç müqavilə sahəsində kəşfiyyat işlərini aparacaq.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, şirkət Azərbaycan hökumətinin icazəsi alındıqdan sonra Söyüdlü, Qızılbulaq və Vecnəli sahələrinin potensialını qiymətləndirəcək:

“Erməni işğalı müddətində hər üç müqavilə sahəsində faydalı qazıntıların qanunsuz hasilatı aparılırdı”.

Şirkətdən bildiriblər ki, həm mövcud mədənlərin yaxınlığında, həm də müqavilə sahələrindəki geoloji istiqamətlərdə mühüm geoloji-kəşfiyyat potensialı mövcuddur (trend).