Peyvənddən sonra immunitet neçə gün müddətində yaranır?

22 Yanvar 2021 23:57 (UTC+04:00)

Koronavirus infeksiyasına qarşı immunitet peyvənd olunduqdan 32-45 gün sonra yaranır.

AzNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “Rospotrebnadzor”un Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov deyib.

“Antikorların maksimum miqdarı dörd inkubasiya müddətindən sonra(56 gün) istehsal olunur”, - deyə professor qeyd edib.

Onun sözlərinə görə, COVİD-19-dan sağalmış şəxslər 9 ay ərzində peyvənd olunmaya bilərlər.