Azad Rəhimov ABŞ-da müalicə olunduğunu təsdiqlədi: Narahatlığa heç bir əsas yoxdur!

23 Yanvar 2021 00:59 (UTC+04:00)

"Real TV-nin ABŞ bürosu Gənclər və İdman naziri Azad Rəhimovun özü ilə indicə əlaqə saxlayıb".

Bu barədə TV-nin rəhbəri, məşhur telejurnalist Mirşahin Ağayev məlumat yayıb. O, öz Facebook səhifəsində yazıb:

"Doğrudan da ağ ciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir səhhətinin əsasən qaydasında olduğunu deyib. “Narahatlığa heç bir əsas yoxdur!” Sitatın sonu".

Xatırladaq ki, dünən Unikal.org-un əldə etdiyi məlumata görə, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.

AzNews.az