"Tatan" ləqəbi ilə tanınan iş adamı koronavirusdan öldü

23 Yanvar 2021 09:46 (UTC+04:00)

Tanınmış iş adamı, "tovuzlu Tatan" ləqəbli Tahir Yusifov dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu barədə Musavat.com-a mərhumun yaxınları məlumat veriblər. İlkin məlumata görə, iş adamının ölüm səbəbi koronavirusa yoluxması olub. Deyilənə görə, T. Yusifov xəstəlikdən sağalsa da, sonrakı mərhələdə sağlamlığına və lazımi rejimə diqqət etməyib. Bu da ağır nəticəyə gətirib, çıxardıb.

Allah rəhmət etsin.