“Dostluq” yatağında nə qədər neft və mavi qaz var? -deputat açıqladı

23 Yanvar 2021 11:43 (UTC+04:00)

“Yanvarın 21-də Azərbaycan ilə Türkmənistan arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Memorandumunun imzalanması tarixi hadisə olmalqa yanaşı, eyni zamanda hər iki ölkənin dövlət gəlirlərinin artmasına gətirib çıxaracaq”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

Deputat “Dostluq” yatağında nə qədər neft və mavi qazın olması haqda məlumat verib:

“Sözügedən yataqda kəşfiyyat işlərinə ötən əsrin 80-ci illərində strart verilsə də, sonradan iki ölkə arasında yatağın işlənməsi barədə müzakirələr başlandı. İlkin qiymətləndimələrə görə, yataqda 100 milyon ton neft, 30 milyard kub metr mavi qaz var. Bu isə yataqda kifayət qədər böyük enerji resursların olmasından xəbər verir. Bununla yanaşı, yeni kəşfiyyat işlərindən sonra bu ehtiyatların həcminin daha da çox olacağı gözləniləndir. Deməli, yataqdakı resurslar hər iki ölkənin valyuta gəlirlərinə əhəmiyyətli şəkildə töhvə verəcək”.

Səidə

AzNews.az