Bu qadın 30 ildir qan içir

11 İyun 2013 07:12 (UTC+04:00)
İki uşaq anası Culia Kaples hər ay insan donorlarından əldə edilən 2 litr qan içir. 45 yaşında olan bu qadın 30 ildir ki, qan içdiyini bildirib.

O, ayda 2 litr insan qanı içən həqiqi bir vampirdir. Onun qana olan ehtiyacını vampir azarkeşləri olan tanıdıqlarından könüllü olaraq ödəyənlər çoxdur. Culia könüllü olaraq qanını ona verənlərin boğazından kəsərək qanlarını sovurmağa başlayır. Qan içməyə ilk dəfə gənc yaşlarından başladığını deyən Culia, hələ yeniyetmə vaxtlarında sevgilisi ilə opüşən zaman onun dodağını dişlədiyini və qanın dadını çox bəyəndiyini bildirib. Maraqlıdır ki, sevgilisi həmin hadisədən sonra Culiaya "öpüşmək qadağası" qoyubmuş.

Xəyalə
AzNews.az