Vüqar Səfərli apellyasiya şikayəti verib

23 Yanvar 2021 12:45 (UTC+04:00)

Ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətin təmin edilməməsi ilə bağlı qərardan apelyasiya şikayəti verib.

AzNews.az xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri ilə seçilib.