Ötən il Azərbaycanda tütün məmulatlarının istehsalı azalıb

23 Yanvar 2021 13:30 (UTC+04:00)

Ötən il Azərbaycanda fermentləşdirilmiş tütün məhsullarının istehsalı 2019-cu ilə nisbətən 5,1 % azalaraq 4 383,7 tona enib

AzNews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən il Azərbaycanda papiros və siqaretlərin istehsalı 8 mlrd 685,4 mln ədəd təşkil edib ki, bu da, illik müqayisədə 8,9 % azdır.