İcra başçısı Vətən müharibəsi iştirakçılarının sosial qayğıları ilə maraqlanıb - FOTO

23 Yanvar 2021 15:22 (UTC+04:00)

Goranboy rayon İcra Hakimiyyətinin başçısı rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyələrin Vətən Müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb.

AzNews.az xəbər verir ki, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyələr rayonun Vətən Müharibəsi iştirakçıları ilə görüşüb, onların ailə üzvlərinin problemləri, sosial qayğıları və vəzifələrinin icrası sahəsində mövcud vəziyyətləri ilə maraqlanıb.