Space TV-də yeni departament rəhbəri təyin edildi

23 Yanvar 2021 16:14 (UTC+04:00)

Space TV-də yeni təyinat olub.

AzNews.az-ın məlumatına görə, quruluşçu rejissor Könül Əlizadə “Müəllif Layihələr” və “Hər Səhər” proqramları departamentinə rəhbər təyin edilib.

K.Əlizadə saytımıza məlumatı təsdiqləyib.

Bildirib ki, kanal HD formata keçib:

“Tamaşaçılar tezliklə Azərbaycanın tanınmış aparıcılarını Space TV-nin efirində görəcəklər. İnanırıq ki, tamaşaçı auditoriyasını yeni formatda sevindirəcəyik”.