Atəşkəs pozulub

11 İyun 2013 07:26 (UTC+04:00)


Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar, Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Qızıl Oba, Çaylı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az