Aleksey Navalnının xanımı saxlanıldı

23 Yanvar 2021 17:18 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz olaraq Moskvada və bir sıra şəhərlərdə aksiyalar keçirilir. Aksiyalar zamanı onlarla şəxs saxlanılıb, polislə qarşıdurma yaşanıb.

AzNews.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, mitinqə qoşulan Navalnının həyat yoldaşı Yuliya Navalnaya da saxlanılıb. Bu barədə o, İnstaqram hesabında paylaşım edib.

“Aşağı keyfiyyətə görə bağışlayın. “Avtozak”da çox pis işıq var”, - deyə siyasətçinin xanımı yazıb.