İran ABŞ-la əməkdaşlıq etməyə hazırdır

23 Yanvar 2021 20:57 (UTC+04:00)

“Rəsmi Tehran, ABŞ ilə Fars körfəzində təhlükəsizlik və neft satışında əməkdaşlıq edə bilər”.

AzNews.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Fars körfəzinin təhlükəsizliyini təmin etmək məsələsində heç bir problem olmadığı kimi, neft məsələsində də ABŞ-la əməkdaşlıq etmək üçün heç bir problem görmürük. İran İsrail problemi və hegemonluq mövzusunda Vaşinqtonla əməkdaşlıq etməyəcək. Amerikalıların daxili işlərimizə qarışmasına icazə verməyəcəyik”,-deyə, nazir əlavə edib.