Moskvadakı aksiyada 15 azyaşlı saxlanıldı

23 Yanvar 2021 21:18 (UTC+04:00)

Polis Moskvada keçirilən aksiya zamanı 15 nəfər yetkinlik yaşına çatmayan şəxsi saxlayıb.

AzNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Uşaq hüquqları üzrə komissarı Anna Kuznetsova bildirib. Onun sözlərinə görə saxlanılan uşaqlardan ən kiçikləri 9 və 12 yaşında olub.

Azyaşlılar artıq sərbəst buraxılıb və qanuni nümayəndələrinə təhvil verilib.