Şəhid xəbəri gələn daha bir zabitimiz dəfn olundu - Fotolar

23 Yanvar 2021 23:48 (UTC+04:00)

Vətən müharibəsində şəhid olan daha bir hərbçimiz dəfn edilib.

AzNews.az xəbər verir ki, söhbət baş leytenant Mikayılov Rahim Qalib oğlundan gedir. Murovdağ istiqamətində itkin düşən zabitimizin 107 gün sonra nəşi Qubanın İkinci Nügədi kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, baş leytenantın itkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.

Allah rəhmət eləsin!