Mingəçevirdə karantini pozan hazırlıq mərkəzi aşkarlandı

24 Yanvar 2021 12:39 (UTC+04:00)

Mingəçevir şəhərində karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən AzNews.az-a bildirilib ki, Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Nazif Lətifova məxsus “Fınance Academy” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən edilib. Sinif otaqlarına baxış zamanı orada şagirdlərin sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən, əksəriyyətinin tibbi maskadan istifadə etmədən əyləşdiyi məlum olub.

N.Lətifov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.