“Səbail” 1/4 finala yüksəldi

24 Yanvar 2021 18:14 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünə start verilib.

AzNews.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Səbail” doğma meydanda Birinci Divizion təmsilçisi “Zaqatala”nı sınağa çəkib. Komandalar ilk dəfə bu turnirdə üz-üzə gəliblər. Beş qolun qeydə alındığı matç “Səbail”in çətin qələbəsiylə yekunlaşıb. “Dənizçilər” növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu yanvarın 25-də gerçəkləşəcək. “Turan Tovuz” “Qəbələ”ni, “Sabah” “Kəpəz”i, “Qaradağ Lökbatan” isə “Zirə”ni qəbul edəcək.

Azərbaycan Kuboku
1/8 final
24 yanvar

Səbail – Zaqatala 3:2
Qol: A.Yunanov, 26-pen. A.Nağıyev, 62. Ə.İsmayılov, 84 – R.İsmayılov, 31: 40.
Hakimlər: Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
Bakı. “ASCO Arena”. 15:00.