Azərbaycan millisinə Yunanıstandan futbolçu çağırılıb

24 Yanvar 2021 20:11 (UTC+04:00)

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

AzNews.az-ın məlumatına görə, hazırlıq prosesi yanvarın 25-dən fevralın 7-dək keçiriləcək.

Bakıda baş tutacaq toplanışda 22 futbolçu iştirak edəcək. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək.

Milli komandalara ölkə xaricindən legionerləri cəlb edən AFFA bu dəfə də toplanışa əcnəbiləri toplayıb. Hazırlıqda Türkiyə, Fransa, Rusiya və Yunanıstandan legionerıər cəlb olunub.