Türkiyədə bu gün koronavirusdan 140 nəfər ölüb

24 Yanvar 2021 20:59 (UTC+04:00)

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 140 nəfər ölüb.

AzNews.az-ın xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 277 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 5 860, ağır xəstələr isə 105 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyən 2 429 605 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 307 721 nəfər sağalıb, 25 073 nəfər isə ölüb.