Aleksandr Lukaşenko Azərbaycana gələcək

11 İyun 2013 08:18 (UTC+04:00)


APA-nın Belarus XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Belarus xarici işlər naziri Vladimir Makey Bakıda Azərbaycan prezidenti ilə görüşündə deyib. Səfər ərəfəsində iki ölkə arasında sənaye istehsalına dair yeni birgə layihələr işlənib hazırlanacaq.

Qeyd edək ki, A. Lukaşenko səfər zamanı Belarus səfirliyinin Bakıdakı yeni binasının açılışına da qatılacaq.

AzNews.az