“Qalatasaray” və “Beşiktaş” qələbə qazandı

24 Yanvar 2021 22:58 (UTC+04:00)

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turun oyunları keçirilir.

AzNews.az xəbər verir ki, bazar günü daha beş görüş baş tutub.

“Konyaspor” – “Antalyaspor” matçında qapılara qol vurulmayıb. “Qaziantep” – “Hatayspor” görüşündə də qalib müəyyənləşməyib. “Dənizlispor” evdə “Fatih Karagümrük”ə məğlub olub.

Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Qalatasaray”a qələbə üçün bir qol bəs edib. Lider “Beşiktaş” isə “Göztəpə” ilə ev oyunundan qalib ayrılıb.

Türkiyə Super Liqası
21-ci tur

24 yanvar

Konyaspor – Antalyaspor 0:0

Dənizlispor – Fatih Karagümrük 1:2
Qol: Diskerud, 88 – Borini, 44. Ndao, 78.

Yeni Malatyaspor – Qalatasaray 0:1
Qol: Babel, 88.

Beşiktaş – Göztəpə 2:1
Qol: Lyayiç, 49. Abubakar, 77 – Tripiç, 39.

Qaziantep – Hatayspor 1:1
Qol: Cefferson, 30 – J.Morais, 90+8.