Rayonlara gediş-gəliş bərpa olundu

25 Yanvar 2021 09:00 (UTC+04:00)

Bu gündən Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunur.

Bununla yanaşı, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.