Bu gündən ticarət obyektləri işə başlayır

25 Yanvar 2021 09:06 (UTC+04:00)

Bu gündən Azərbaycanda ticarət obyektlərinin fəaliyyəti bərpa olunur.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) icazə verilir.