Bərbərxana və gözəllik salonları açıldı

25 Yanvar 2021 09:12 (UTC+04:00)

Bu gündən Azərbaycanda bərbərxana və gözəllik salonları açılır.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin müvafiq qərarında bildirilib.

Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərin fəaliyyətinə icazə verilir.