Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb

25 Yanvar 2021 10:00 (UTC+04:00)

Niderlandın bir çox şəhərlərində sanitar məhdudiyyətlərə qarşı etiraz nümayişləri keçirilib.

AzNews.az xəbər verir ki, hökumətin sanitar məhdudiyyətlər çərçivəsində komendant saatı tətbiq etməsi narazılıq doğurub. Nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. İlkin məlumata əsasən, 30-a qədər nümayişçi saxlanılıb, yaralılar haqqında dəqiq məlumat yoxdur.

Urk şəhərində COVID-19 test mərkəzi yandırılıb. Eindhoven şəhərində yüzlərlə nümayişçini dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib. Küçələrdəki avtomobillər yandırılıb. Mağazalar qarət edilib, vağzalın şüşələri sındırılıb.

Qeyd edək ki, Niderlandda yanvarın 23-dən fevralın 9-dək yerli vaxtla axşam saat 21:00-dən səhər saat 04:30-dək komendant saatı tətbiq olunub. Bu, İkinci Dünya müharibəsindən sonra ölkədə tətbiq edilən ilk komendant saatıdır.