"Həyatını itirmiş qardaşımız Azərbaycana yola salınacaq"

25 Yanvar 2021 15:30 (UTC+04:00)

Bir neçə gün əvvəl Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılmış gəmidə həyatını itirən azərbaycanlı dənizçi Qabona gətirilib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, yaxın günlərdə onun cənazəsi Azərbaycana yola salınacaq: "Hazırda 15 vətəndaşımız qaçırılmış vəziyyətdədir. Gəmi limana yan alıb. Dəniz quldurlarından hələ ki, xəbər alınmayıb. Həyatını itirmiş azərbaycanlı qardaşımız yaxın günlərdə Azərbaycana yola salınacaq". (Trend)

AzNews.az